Xəbər lenti

“Əsirlər” mövzusunda Azərbaycana təzyiqlər artıb -
Ölkə 20:35 04.05.2021

“Əsirlər” mövzusunda Azərbaycana təzyiqlər artıb - "Bu vəziyyətdən çıxış yolu tapmalıyıq, yoxsa..."

2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra tərksilah edilən erməni hərbçilərdən üçü azad edilib. Onlar Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun müşayiəti altında Bakı-İrəvan reysilə Ermənistana çatdırılacaqlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu danışıb.

Politoloq qeyd edib ki, Ermənistan aylardır "əsir” mövzusundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edir və açıq demək lazımdır ki, beynəlxalq aləmdən kifayət qədər dəstək qazanıb:

"Emənilərin beynəlxalq təşkilatlardakı, o cümlədən ABŞ Konqresi və Avropa Parlamentindəki dostları "əsirlər” mövzusunda Azərbaycana təzyiqi artırıblar. Halbuki, 10 noyabrdan sonra Azərbaycan sərhəddini qanunsuz keçən Ermənistan vətəndaşları əsir sayılmamalıdır. Bu həqiqəti Qərbdə qəbul etmək istəmirlər. Demək biz bu vəziyyətdən çıxış yolu tapmalıyıq. Siyasətdə manevr imkanlarımız olmalıdır. Ötən həftə yazmışdım ki, "əlimizdə olan ermənilərlə bağlı strategiyamızı müəyyənləşdirməliyik”. Əməllərində cinayət tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyən ermənilər hissə-hissə Ermənistana təhvil verilə bilər. Buna baxmayaraq, hamısını birdən təhvil vermək olmaz. Bu halda ermənilərin və onların xaricdəki dostlarının təzyiqləri qarşısında geri çəkildiyimiz - "təzyiq et, istədiyini al” görüntüsü yaranar".

"Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində bugünə qədər Ermənistan tərəfindən məlumat verilmir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Bu məsələdə beynəlxalq aləmdən səs çıxmır. Beynəlxalq aləm Qarabağda girov saxlanılan 2 vəətndaşımızın geri qaytarılması üçün illər ərzində heç nə etmədi. Əksinə, Emənistanın baş naziri Nikol Paşinyan deyirdi ki, "həmin iki nəfəri Azərbaycana geri qaytara bilmərik, çünki Bakıda onları qəhrəman kimi qarşılayacaqlar”. Buna görə də təzyiq qarşısında əlimizdəki ermənilərin tamamını təhvil verməməliyik. Onlar illərlə bizə əziyyət verdilər, qarşılığını almalıdırlar", - deyə politoloq qeyd edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->