Dünya 11:34 16.05.2019

ETA terror təşkilatının lideri həbs edildi

ETA terror təşkilatının lideri Cosu Ternera Fransa polisi tərəfindən həbs edilib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, bu barədə İspaniya DİN məlumat yayıb. Antonio Urrutikoetxea kimi də tanınan terrorçu lider 1987-ci ildə Bask separatçıları tərəfindən törədilən hücumda iştirak etməkdə ittiham edilir. Həmin terakt 11 nəfərin ölümü ilə nəticələnmişdi.

İspaniya Ali Məhkəməsi 2002-ci ildə Cosu Ternera barədə beynəlxalq axtarış elan edib.

Gülşən