Ekonomiks 11:41 14.06.2014

Ev almaq üçün nə qədər pul toplamaq lazımdır?

Cari xərclərə görə vətəndaşlar gəlirlərinin yalnız üçdə birini toplayırlar.

Baxmayaraq ki, orta əməkhaqqı ölkədə 436,7 manatdır, müxtəlif kateqoriyalara görə o dəyişir. Bununla əlaqədar mənzil əldə etmək də əhalinin müxtəlif kateqoriyalarında dəyişir.

Qaynar.info “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.

Onun fikrincə mənzil alma imkanı həkim və müəllimlərdə azdır: “Əgər dayaq nöqtəsi olaraq 170 manat orta məvacibi götürsək, o zaman həkim və müəllimlərin illik gəliri 2 min manat olur. Əgər əhalinin bu kateqoriyasının başqa gəliri olmasa birotaqlı, 60 min manatlıq evi almaq üçün onlar maaşlarını xərcləmədən 30 il yığmalıdırlar. İkiotaqlı 100 min manatlıq mənzil üçün isə bu proses 50 il çəkəcək”.

1,5 min manat maaş alan əhali üçün mənzil almaq şansı təbii ki, yüksəkdir, ekspert deyir: “Məsələn, 60 min manat dəyərində olan evi almaq üçün onlar maaşlarını 3,3 il toplamalıdırlar. Şəhərin mərkəzində yerləşən binalardan ev almaq üçün isə yüksək maaşı olan əhali 12 il pul toplamalı olacaq. Bununla əlaqədar yüksək maaşı olan əhali kateqoriyası ilə müəllim və həkimlərin ev alma şansını müqayisə etdikdə, ikinci təbəqənin ev alma şansının sıfıra bərabər olduğunu görərik”, - V.Bayramov sözünü yekunlaşdırıb.

Davamlı İnkişafın Tədqiqi Mərkəzinin sədri Nəriman Ağayev öz növbəsində “Exo” qəzetinə bildirib ki, cari xərclər əhaliyə maaşının yalnız üçdən bir hissəsini toplamağa imkan verir.

Onun sözlərinə görə, əgər birotaqlı mənzilin qiyməti 60 min manatdırsa, o zaman 600 manat gəliri olan adam ayda yalnız 200 manat pul kənara qoya bilər.

“Buna görə də mənzil almaq üçün ona 25 il lazım olacaq, əgər ölkədə böhran olmazsa. 1,5 min manat gəliri olan adam isə 750 manat kənara qoya bilər. Nəzərə almaq lazımdır ki, gəlir nə qədər çox olarsa xərclər də bir o qədər artıq olur.

Çünki gəlir artdıqca insan özünə əvvəllər icazə vermədiklərini icazə verməyə başlayır. Bununla əlaqədar 1,5 min manat maaş alan adam ayda 750 manat ildə isə 9 min manat kənara pul qoya bilər. Deməli, 60 min manat dəyərində olan birotaqlı mənzil üçün 6,66 il lazımdır”, - N.Ağayev deyib.

Qaynar.info