Dünya 16:03 13.03.2018

Ev sahibinə əsəbiləşən kirayəçi evi yandırdı

Türkiyənin Bursa şəhərində ev sahibinə əsəbiləşən kirayənişin evi yandırıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, 3 aylıq kirayə haqqını və bina xərclərini ödəyə bilməyən kirayənişin ev sahibinin təzyiqlərinə əsəbiləşərək bu addımı atıb.

Hadisə yerinə gələn yanğınsöndürmə əməkdaşları insanları təxliyyə etməkdə çətinlik çəkiblər və 32 evin olduğu binada baş verən güclü yanğını 1 saata söndürmək mümkün olub. Tüstüdən zəhərlənənlərə tibbi yardım göstərilib. Hadisə nəticəsində ölən olmayıb.

Yanğın nəticəsində digər evlərə də zərər dəydiyi bildirilib. 

Faktla bağlı araşdırma aparılır.