Xəbər lenti

Ev telefonlarından imtina etməliyikmi? – Mütəxəssis
Texnologiya 10:54 13.02.2021

Ev telefonlarından imtina etməliyikmi? – Mütəxəssis

İndi ev telefonundan çox az adam istifadə edir, ancaq ondan heç vat imtina etməməliyik. 

Qaynarinfo xəbər verir ki, bu sözləri B&C Agency-nin idarəedici tərəfdaşı Mark Şerman deyib.

Onun sözlərinə görə, evdə bir telefonun olmasının yeganə və əsas səbəbi, cib telefonunun enerjisinin bitməsi və ya istifadəyə yararsız olması halında ehtiyat əlaqənin saxlanmasıdır.

Mütəxəssis mobil rabitənin hansısa səbbədən yararsız ola biləcəyini xatırladıb. Həmin vaxt bizə yalnız şəhər telefonu kömək edə biləcək. Xüsusən də ekstern yardım xidmətlərinin çağırılması lazım olan zaman, - Şerman əlavə edib.

O, "Praym” agentliyinə deyib ki, indi çox az adam ev nömrələrini soruşur, çünki şəhər telefonları yalnız tamamilə mobil telefona keçmək istəməyənlər üçün qalır. Şerman zaman keçdikcə onların da həmişəlik yox olacaqlarını qeyd edib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->