Ölkə 22:31 04.12.2021

Əvəz Qurbanlının vəziyyəti pisləşib

Tanınmış jurnalist, satirik şair Əvəz Qurbanlının səhhəti daha da ağırlaşıb.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Şair edilən  zənglərə cabab verə bilmədiyini deyib:

"Halım özümdə deyil. Çox halsızam, okisgen aparatına qoşulmuşam, danışa da bimirəm. Vəziyyətim kritikdir, ümidim Alladır".

Qeyd edək ki, tanınmış jurnalist, satirik şair Əvəz Qurbanlı koronavirusa yoluxub. Vəziyyəti ağırlaşan şair noyabrın 30-da təcili yardımla Fövqəladə Hallar Nazirliyinin "Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.

Bahar Rüstəmli