İngiltərədə yaşayan daşınmaz əmlak agenti ailənin 500 illik mülkünün köhnə şəkillərinə baxarkən qəribə bir şey görüb.
Qaynarinfo xəbər verir ki, Freddi Qudall adlı gənc fotoşəkillərdə 16-cı əsrdən qalan evinin kitabxanasının arxasında bir qapı görüb.
Marağına güc gələ bilməyən Freddi yeraltına açılan qapıdan içəri daxil olub. Qazıntılar nəticəsində gənc yeraltı kameralar, keçidlər və seyf tapıb.
"Axtardım, amma əvvəlcə heç nə görə bilmədim, sonra kitab şkafının arxasında gizləndiyini anladım. Nəhayət kitablardan birinin arxasında gizli otağa baxan bir yol tapdım”.
Videoda Gudallın kitabları rəflərdən təmizlədiyi, taxta panelini açdığı və sonra paneli çıxardığı göstərilir. Kaminin arxasında qaranlıq, boş bir otaq tapan gəncinb olduqca təəccübləndiyi də diqqətdən qaçmayıb.
Bəziləri də bu evdə mələklərin yaşadığını iddia edib.
Xəyal
Şərhlər