Xəbər lenti

Çexiya Sarkisyanın qardaşı oğlunu Yerevana ekstradisiya edəcək
Dünya 18:50 10.12.2019

Çexiya Sarkisyanın qardaşı oğlunu Yerevana ekstradisiya edəcək

Çexiya sabiq Prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı Ermənistana ekstradisiya edəcək.

"Qafqazinfo” "sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun müşaviri Qor Abramyan məlumat yayıb.

Onun sözlərinə görə, Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sarkisyanın cinayət təqibi məqsədi ilə Ermənistan polisinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

"Bununla əlaqədar olaraq Ermənistan Baş Prokurorluğu polisə Narek Sarkisyanın ekstradisiyasını təşkil etməyi tapşırıb”, - deyə Q. Abrahamyan söyləyib.

Qeyd olunur ki, N. Sarkisyan silah-sursat, partlayıcı maddə və narkotik vasitələri saxlamaqda şübhəli bilinərək axtarışa verilib. İnterpol 2018-ci ilin dekabrında onu Franklin Qonsales pasportu ilə gizləndiyi Praqada tapıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->