Ekonomiks 13:54 13.01.2021

Expressbank-dan 0% komissiya ilə növbəsiz kredit!

Necə deyərlər, vaxt puldur. İndiki zamanda isə vaxt ikiqat puldur. Hər zaman müştərilərini düşünən Expressbank onlara  0% komissiya ilə növbəsiz kredit təklif edir. İşinizdən və ya evinizdən ayrılmadan onlayn kredit sifariş edin həm komissiyasız, həm də ki, filialda növbə gözləmədən pulunuzu götürün. 

Qeyd etmək istərdik ki, kampaniya çərçivəsində Expressbank,  müştərilərinə 30.000 manatadək nağd pul kreditini 48 ayadək ödəmək imkanı ilə cəmi 16%-dən başlayaraq təqdim edir. Krediti http://www.exb.az/loans/cash/ linkinə keçid alaraq onlayn sifariş etmək mümkündür.

Bundan əlavə, müştərilər bankın digər onlayn xidmət kanallarından – Express24 mobil tətbiqindən, 050 444 41 32 whatsapp nömrəsindən, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya bankın rəsmi saytından krediti onlayn sifariş edə bilərlər. 

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az    saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.