Dünya 10:50 04.09.2017

Əyləc yerinə səhvən qazı basdı, 6 nəfəri əzdi (VİDEO)

Mağazaya girən avtomobil 6 nəfəri əzib.

"Qaynarinfo"nun dailymail-ə istinadən məlumatına görə, dəhşətli qəza ABŞ-ın Nyu-York şəhərində baş verib. 74 yaşlı sürücü əyləc yerinə səhvən qazı basıb. Nəticədə avtomobil sürətlə mağazaya girib və alış-veriş edən 6 nəfəri əzib.

Dərhal xəstəxanaya çatdırılan yaralılardan birinin hamilə olduğu və ümumilikdə 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə zamanı mağaza sahibinə 20 min dollar ziyan dəyib.

Qaynarinfo dəhşətli qəzanın videogörüntülərini təqdim edir:

Qaynarinfo.Az