Xəbər lenti

Eynicinsli nikahlarla mübarizə aparan deputat cinsi azlıqların şənliyində yaxalandı
Dünya 18:51 02.12.2020

Eynicinsli nikahlarla mübarizə aparan deputat cinsi azlıqların şənliyində yaxalandı

Belçikanın paytaxtı Brüsseldə polis Avropa parlamentinin Macarıstandan deputatı Yozef Sayeri qeyri-qanuni seks məclisində saxlayıb.

"Report” "Brussel Times”a istinadən xəbər verir ki, insident noyabrın 27-si polisin karantin rejimi ilə əlaqədar keçirdiyi reyd zamanı baş verib.

Məlumata görə, deputat seks şənliyində 25 nəfərin çevrəsində dincəlib. Onların əksəriyyəti yarım və ya tam çılpaq kişilər olub. Polisləri görən Y.Sayer pəncərədən qaçmağa çalışsa da, buna nail ola bilməyib. Onun üzərində narkotik maddə olan ekstazi də aşkarlanıb.

Seks məclisinin bütün iştirakçıları 250 avro cərimə olunublar. Faktla bağlı araşdırma davam edir.

Xəbər mətbuata sızandan sonra 59 yaşlı deputat vəzifəsindən istefa verib.

Qeyd edək ki, Yozef Sayer mühafizəkar hakim "Fides” Partiyasının üzvüdür. O, partiyadaşları kimi eynicinsli nikahlara qarşı barışmaz mövqeyi ilə seçilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->