"Facebook" bu il 5,4 milyard saxta hesabı silib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, təkcə 2019-cu ilin yanvar-mart aylarında silinən hesabların sayı 2 milyarda bərabər olub. Ay ərzində açılan 2,5 milyard hesabdan təxminən 5%-i saxtadır. 2018-ci ildə silinən saxta hesabların sayı 3,3 milyard idi.
Şirkət narkotik vasitə satışı məqsədilə paylaşılan 3 milyon, silah satışı üçün post edilən 95 min kontenti silib.
Profillərin silinməsi prosesi "Facebook"un tərkibinə daxil olan digər sosial şəbəkələr, həmçinin "Instagram"ı da əhatə edib.
Qeyd edək ki, süni intellektin inkişafı "Facebook"a qaydaları pozan hesabları daha asan müəyyənləşdirməyə imkan yaradır.
Gülşən
Şərhlər