Dünyanın məşhur sosial şəbəkəsi olan Facebook yeni istifadəçiləri üçün xoşagəlməz surpriz hazırlayıb.
"Ölkə.Az" xəbər verir ki, Facebookdan yeni istifadə etmək istəyənlər oradan qeydiyyatdan keçərkən mütləq kimliklərini təsdiq edən sənəd göstərməlidirlər.
Əvvəllər rahat və sərbəst giriş imkanı yarada Facebook rəhbərliyi, indi sosial şəbəkədən istifadəni xeyli qəlizləşdirib. Belə ki, əvvəllər təkcə mobil nömr, yaxud elektron ünvanla Facebooka daxil olmaq mümkün olurdusa, sonradan burada ilk qeydiyyatdan keçənlər mütləq elektron adreslə bərabər mobil telefon da göstərməlidirlər. Bir mobil nömrə Facebookda yalnız 3 dəfə qeydiyyatdan keçə bilər. İkinci və üçüncü dəfə eyni nömrə ilə fərqli akkauntdan qeydiyyatdan keçərkən, əvvəlki qeydiyyat avtomatik silinir.
Facebook şəxsiyyəti təsdiq edən sənədi qıbul etdikdən 72 saat müddətində yeni profilin sahibinə məlumat verir.
Qeyd edək ki, əsası 2004-cü ildə Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən qoyulmuş, dünyada ən böyük sosial şəbəkə. İlk adı The Facebook idi.
2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq Facebook sosial şəbəkəsini yaratmaq fikrinə düşdü. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı, aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon dollar olurdu.
Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait qoydu. Bununla durmadan irəliləmə də əldə edildi. 2010-cu ilin oktyabrında Microsoft şirkəti "Facebook"un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011–ci ilə kimi Facebookda edilən reklam xidmətləri də daxildir.
"Facebook"un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. İkinci mərhələdə "Facebook"un özü tərcümə olundu. Bu mərhələ hələ də başa çatmasa belə, artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə "Facebook"u bu dildə istifadə edə bilərlər.
Qaynar.Az
Şərhlər