Xəbər lenti

Texnologiya 11:50 13.02.2020

"Facebook" onlarla hesab, qrup və səhifəni sildi

"Facebook" onlarla hesabın, qrupun və səhifənin silindiyini elan edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu hesabların sahiblərinin dövlət işlərinə kənar müdaxilələrə qarşı sosial şəbəkə siyasətini pozmaqda ittiham olunublar.

"Bu gün Facebook-dakı 78 hesabı, 11 səhifəni və 29 qrupu, habelə xarici və ya dövlət müdaxiləsinə qarşı siyasətimizi pozduğuna görə 4 instagram hesabını sildik", - deyə məlumatda qeyd olunub.

Açıqlamaya görə, sözügedən səhifə rəhbərlərinin Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələri olub. Fəaliyyətlər Rusiyaan həyata keçirilib və ilk növbədə Ukraynaya, eləcə də qonşu ölkələrə qarşı yönəlib.

Bu hesabların və səhifələrin axrasında dayananlar özlərini yerli kimi qələmə veriblər və burada yerli hadisələr haqqında məlumatları rus, ukrayn və ingilis dillərində yayımlayıblar. Məsələn, səhifə sahibləri 2014-cü ildə Ukraynanın şərqində Malayziya Boinginin qəzaya uğraması və Rusiyanın Suriyadakı hərbi əməliyyatları barədə yazılar yerləşdiriblər.

Şirkətin açıqlamasına görə, bəzi hesablar vətəndaş jurnalistlərin adından saxlanılıb və siyasətçilər, jurnalistlər və digər ictimai xadimlərlə əlaqə yaratmaq məqsədilə istifadə olunub.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->