Xəbər lenti

Texnologiya 15:12 25.01.2019

"Facebook" reklamverənləri aldadır: hesabların 50 faizi saxtadır

"Facebook"da istifadəçi hesablarının 50 fazinin saxta olduğu iddia edilir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda iddianı şirkətin qurucusu Mark Zukerberqin Harvard Universitetindən yoldaşı Aaron Qrinspan irəli sürüb.

Müstəqil ekspertlərdən ibarət PlainSite adlı qrup "Facebook"la bağlı 70 səhifəlik hesabat yayımlayıb. Hesabatda şirkət rəhbərinin reklamverənləri aldatdığı bildirilir.

"Facebook saxta hesablarla bağlı ictimaiyyətə yalan məlumat verir. Saxta hesabların 50 faizi keçməsi mümkündür. Şirkət bir sıra yoxlamaların nəticəsini yayımlamağı dayandırıb. Çünki bu yoxlamalar bir-birini inkar edir və hətta uydurmadır. Şirkət öz məhsulu üzərindəki nəzarəti itirib", - deyə hesabata qeyd olunur.

"PlainSite"yə görə gerçək kimi göstərilən saxta hesablar reklamverənlərin boş yerə pul xərcləməsinə səbəb olur. Müxtəlif alqoritmlərdən asanlıqla keçən bu saxta hesablar həmçinin yanlış kampaniyaların və seçki kimi önəmli anketlərdə də istifadə olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->