İspaniyanın Məlumatların Mühafizəsi Agentliyi (AEPD) “Facebook” sosial şəbəkəsini 1,2 mln. avro həcmində cərimələyib.
“Report”un TASS agentliyinə istinadən verdiyi məlumata görə, AEPD bu qərarı sosial şəbəkənin müştərilərinin şəxsi məlumatlarından xəbərdarlıq etmədən istifadə etməsinə görə verib.
“Agentlik ümumilikdə 3 ciddi hüquq pozutunsu ilə əlaqədar açıqlama yayıb. Onlardan biri olduqca ciddi hesab edilir. Bununla əlaqədar olaraq, AEPD “Facebook”u 1,2 mln. avro həcmində cərimələyib. Bu məbləğin 300 min avrosu müvafiq olaraq iki hüquq pozuntusu, 600 mini isə digər hüquq pozuntusu üçün nəzərdə tutulub”, – deyə AEPD-dən bildirilib.
Məlum olub ki, “Facebook” istifadəçinin ideologiya, cins, dini inanclar, şəxsi fikirləri və ya yerdəyişməsinə dair bilgilərini məlumat vermədən istifadə edir.
Qaynarinfo.Az
Şərhlər