Xəbər lenti

Texnologiya 23:56 13.02.2020

"Facebook" və "Twitter" Rusiyada cərimələndi

"Facebook" və "Twitter" ümumilikdə 8 milyon Rusiya rublu (hər birini 63,4 min ABŞ dolları) məbləğində cərimələnib.    

"Report" xəbər verir ki, Moskvanın Taqanskiy rayon məhkəməsi Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin ("Roskomnadzor") fərdi məlumatların məxfiliyinin qorunması siyasətinə uymadıqlarına görə həmin sosial şəbəkələrə qarşı qaldırdığı iddianı təmin edib.

Qeyd edək ki, Rusiyada eyni səbəbdən 2016-cı ildə "LinkedIn"ə girişə qadağa qoyulub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->