İtaliya Rəqabət Qurumu sosial şəbəkə nəhəngi "Facebook"u 10 milyon avro məbləğində cərimələyib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Facebook"un istifadəçilərin şəxsi məlumatlarını ticari məqsədlər üçün qanunsuz şəkildə istifadə etməsidir.
Qurumun həmçinin "Facebook"da istifadəçilərin şəxsi məlumatlarına kənardan kiberhücum olduğu təqdirdə, avtomatik xəbərdarlıq sisteminin olmadığını da ortaya çıxardığı bildirilir.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər