"Facebook"da yeni funksiya

"Facebook" köhnə postların arxivləşdirilməsi və ya silinməsi ilə bağlı yeni idarəetmə funksiyasını işə salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib. Yeni funksiyaya əsasən əgər istifadəçi köhnə bir yazısını başqalarından gizlətmək niyyətindədirsə, onu arxivə göndərə bilər. Bunun üçün həmin postu silmək üçün səbətə atmaq lazımdır. Məlumat 30 gün əzində bərpa edilmədikdə arxivdən tamamilə silinir.

Eyni zamanda funksiya yazıları bir-bir deyil, qrup halında silmək və ya arxivləşdirmək imkanı da verir. 

Hazırda funksiya yalnız mobil tətbiqdə işləyir, lakin yaxın zamanda veb versiyaya da əlavə ediləcək.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image