2020-ci ilin sonunadək "Facebook” şirkəti bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək niyyətindədir.
Qaynarinfo ICTnews-a istinadən xəbər verir ki, şirkət bununla da fəaliyyəti ilə bağlı yaranan istixana qazları tullantılarını 75% azaltmağı planlaşdırır.
Hazırda "Facebook” dünyada bərpa olunan mənbələrdən əldə edilən enerji üzrə ən böyük korporativ alıcılardan biridir. Məsələn, 2013-cü ildən şirkət külək elektrik stansiyalarında 3 QVt-dan çox enerjinin hasil edilməsinə dair müqavilələr imzalayıb.
Bundan başqa, şirkət öz məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə külək və günəş enerjisinin inkişaf etdirilməsi layihələrini dəstəkləyir.
Şərhlər