“Facebook”dan növbəti etiraf: Şifrələr təhlükədə olub

“Facebook”dan növbəti etiraf: Şifrələr təhlükədə olub

"Facebook” şirkəti illərlə istifadəçilərin yüz milyonlarla şifrəsini şifrələnməmiş vəziyyətdə saxlayıb.

Qaynarinfo Technote-yə istinadən xəbər verir ki, sosial şəbəkə kibertəhlükəsizlik üzrə yazılar yazan jurnalist Brayan Krebs bu barədə xəbər verdikdən sonra şirkət sistem boşluğunu etiraf edib:

"Yanvarda planlı şəkildə keçirilmiş təhlükəsizlik yoxlanışı zamanı biz aşkar etdik ki, istifadəçilərin bəzi şifrələri "Facebook”un daxili sistemlərində oxunula bilən formatda saxlanılıb. Bu, bizim sistemlərimizin şifrələri oxunula bilməyən formatda saxlanmasını təmin etməli olmasına baxmayaraq baş verib”.

Şirkətin təhlükəsizlik üzrə vitse-prezidenti Pedro Canahuati bildirib ki, bu boşluq aradan qaldırıb və yaxın zamanda şifrələri şifrələnməmiş şəkildə saxlanılmış istifadəçilərə bu barədə xəbər veriləcək:

Brayan Krebs öyrənib ki, bu sistem boşluğu 200-600 milyon istifadəçini əhatə edib və onların şifrələri 2012-ci ildən bəri şifrələnməmiş vəziyyətdə saxlanılıb. Krebsin məlumatına görə, oxunula bilən formatda qalmış şifrələrə Facebook şirkətinin 20 min əməkdaşı baxa bilərmiş.

Canahuati buna fikir bildirən zaman qeyd edib ki, həmin şifrələr "Facebook”dan kənara çıxmayıb və onlar şirkət əməkdaşlarından kiminsə həmin məlumatlardan istifadə etməsi üzrə hansısa halı aşkar etməyiblər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR