Boliviya dövlət başçılarının taxdığı zümrüd daşlarla işlənmiş 200 illik medal oğurlanıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, oğurluq səbəbindən ölkənin hazırkı prezidenti Eva Morales El Alto şəhərində ölkənin Silahlı Qüvvələr Günü ilə bağlı keçirilən tədbirə medalsız qatılıb.
Məlumata görə, medalı prezidentə aparmaq üçün vəzifələndirilən zabit Koçabamba şəhərinə getməli imiş. Lakin o, reysi qaçırdığı üçün təyyarəyə minə bilməyib. Növbəti uçuşa qədər o, aeroportun yaxınlığındakı fahişəxanalardan birinə gedib. Bu zaman isə avtomobildə bir torbanın içinə qoyduğu medal və rəsmi geyim oğurlanıb.
Zabit həbs olunub, medal isə polisə daxil olan şikayət əsasında yaxınlıqdakı bir kilsədə tapılıb.
Qeyd edək ki, 1825-ci ildə 22 əyar qızıldan hazırlanan medal Boliviya dövlətinin müstəqilliyini uğrunda xidmətlərinə görə milli qəhrəman Simon Bolivara verilib. Mərkəzi Bankda qorunan medalı prezidentlər önəmli tədbirlərdə taxırlar.
Şərhlər