Fatih Terim koronavirusa necə yoluxub? – Həkimi danışdı

Fatih Terim koronavirusa necə yoluxub? – Həkimi danışdı

Türk futbolunun əfsanəvi ismi, "Galatasaray” futbol klubunun baş məşqçisi Fatih Terimin səhhəti qənaətbəxşdir.

Qaynarinfo xəbər verir ki, bu barədə mətbuata Fatih Terimin həkimi, professor Cəlaləddin Qocatürk məlumat verib. Həkim məşqçinin müalicəsinin yaxşı getdiyini, onun tezliklə koronavirus bəlasından xilas olacağını bildirib.

Jurnalistlərin "Terim koronavirusa necə yoluxub?” sualına Qocatürkün cavabı belə olub:
 
"Fatih bəy idman ictimaiyyətində təmsil olunan şəxslərin biri vasitəsilə virusa yoluxub. Həmin adamı təsbit edib, karantinə almışıq. Amma adını açıqlamağım qeyri-etik olar”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image