Millət vəkili Milli Məclisin iclasında Avropa Parlamentinə etirazını bildirib
Millət vəkili Fazil Mustafa da Milli Məclisin iclasında çıxış edərək Avropa Parlamentinə etirazını bildirib. Deputat AP-nin təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə qarşı da qərəzli mövqedə olduğunu deyib.
“Bu, 32 nəfər məsələsi deyil, ayrı-ayrı qrupların təmsilçilərilə bağlı məsələdir. Günah özümüzdədir, o qruplarda nə qədər təmsilçiliyimiz var? YAP-dan başqa heç bir partiya nümayəndəsi təmsil olunmur. Gərək orada olsan ki, fikrini deyə biləsən.
Bu problemi həll etməliyik. Hansısa bur qurumdan çıxmağımız uzaqlaşmağımız problemin həlli deyil. Əksinə, mövcud imkanlar daxilində daha səmərəli əməkdaşlıq yollarını tapmalıyıq”-deyə deputat münasibət bildirib./modern.az/
Şərhlər