Xəbər lenti

FED: Trampın ticarət müharibələri ABŞ iqtisadiyyatını vurdu
Ekonomiks 16:34 30.12.2019

FED: Trampın ticarət müharibələri ABŞ iqtisadiyyatını vurdu

ABŞ Mərkəzi Bankının (FED) apardığı araşdırmalar zamanı məlum olub ki, Ağ Ev rəhbəri Donald Trampın yerli sənayeni qorumaq məqsədilə tətbiq etdiyi yeni tariflər ölkə iqtisadiyyatına zərbə vurub, iş yerlərinin azalmasına və qiymətlərin bahalaşmasına səbəb olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, FED iqtisadçıları Aaron Flaaen və Castin Piersin hazırladığı "2018-2019 Qlobal Tariflərin ABŞ istehsal sektoruna təsiqi" mövzulu araşdırma bankın rəsmi saytında yayımlanıb.

Araşdırmaya görə, Trampın 2018-ci ildə dəmir, polad kimi müxtəlif məhsulların idxalına tətbiq etdiyi əlavə gömrük vergiləri emal sektorunda işlərin itirilməsinə və istehsal xərclərində bahalaşmaya gətirib çıxarıb.

Trampın əlavə gömrük tariflərinin daxili bazarı idxal məhsullarının rəqabətindən qoruyaraq bəzi istehsalçıların payının artmasına səbəb olsa da, istehsal xərclərindəki artımın yerli istehsalçıların həm xarici, həm də daxili bazardakı rəqabət qabiliyyətinə mənfi təsir göstərəcəyi qeyd olunub.

Araşdırmada həmçinin bildirilib ki, ABŞ-la ticarət ortaqları arasındakı yeni tariflərin uzun müddət qüvvədə qalması gözləniləndən daha fərqli nəticələr verə bilər və bunlar indiyə qədər emal sənayesinin inkişafına təkan verməyib.

İqtisadi siyasətdə sadəcə tarif tətbiqinə üstünlük verildiyi və ticarət sahəsində gələcəkdə yarana biləcək qeyri-müəyyənliklərə qarşı tədbirlər görülmədiyi deyilir.

FED-in araşdırmasına görə, Trampın yürütdüyü siyasətdən ən çox zərər çəkən sahələr dəmir və polad, avtomobil istehsalı, məişət avadanlıqları, səs və video ləvazimatları, kompüter ləvazimatları, pestisidlər, maqnit, optik media və dəri olub.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->