Fədayə Laçının bacısı üsyan etdi: "Mənim günahım nədir?" (VİDEO)
Müğənni İlahə Fəda "Səni axtarıram" verilişinin qonağı olub. Qaynarinfo xəbər verir ki, sənətçi hazırda həbsdə olan Fədayə Laçından danışıb.
O, aparıcının Fədayə ilə bağlı suallarını cavablandırıb və bunları deyib:
"Nə qədər yaxşı olacağını təsəvvür edin. Bu da bir çilədir, yazıdır çəkirik. Fədayənin səsini yayımlamasınlar çox pis oluram. İkimiz də Bakıya gələnə qədər çox yaxşı yaşamışıq. Bilmirəm harada səhv etdik... Bakıya gəldik, 4 qız və anamız. Çətin idi bizə... Biz ögey atanın da nə olduğunu gördük... Fədayənin də, mənim də uşaqlıqdan bir qanadımız qırıq olub. Atasız uşaqlar bizi başa düşər.
Sənəti buraxmadım, amma gördüm ki, toymara getməklə çətin olacaq. başladım ticarətlə məşğul oldum. Zəngin oldum, hər şeyim var idi. Sevdiyim insan 41 yaşında rəhmətə getdi".
İ.Fəda bacısı həbs olunandan sonra heç kimin onu toya dəvət etmədiyini söyləyib:
"Demirəm, bacımın günahı yoxdur. Var ki, hüquq mühafizə orqanları onu tutub. Bacımın günahı təsdiq olunmayıb. Onun haqqında yazılanlara dözə bilmirəm. Onu necə günahlandıra bilərsiniz? Toylara belə artıq məni çağırmırlar. Çörəkpulunu toydan qazanırdım. İndi onu da çox gördülər.
Fədayənin günahı var, bəs mənim? Məni artıq tədbirlərə dəvət etmirlər. 1996-cı ildən toya çağrılmışam. Nə vaxt dava salıb, adam döydürmüşəm? Mənim günahım nədir? Pul üçün heç yüngül mahnılar oxumağa qıymamışam.
Bizim Fədayənin o şəxslə münasibətindən xəbərimiz yox idi. O haqda danışmaq istəmirəm. Əgər günahı varsa, istəyirəm ki, cəzasını çəksin. Yoxdursa, azadlığa çıxıb danışacaq”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər