"Bacım dörd divarın arasındadır. Deyirəm ki, bülbülüm qəfəsdədir. Əgər günahı varsa, cəzasını çəkməlidir. Yoxdursa, istintaq bitəndə yəqin azadlığa buraxılacaq”.
Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda "Xəzər maqazin”ə açıqlamasında deyib.
Həbsdə olan müğənni bacısı Fədayə laçından danışan sənətçi onun son durumunu açıqlayıb. İlahə onlara kömək edən sənət adamlarının adını açıqlayıb:
"Vəziyyəti çox peşmandır. Bacımın təmiz ürəyindən istifadə etdilər. Lalə Məmmədova, Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Ədalət Şükürov, Ehtiram Hüseynov, Manaf Ağayev, Nadir Qafarzadə həm maddi, həm də mənəvi bizə dəstək olurlar”.
Şərhlər