Xəbər lenti

Federika Mogerini:
Siyasət 19:48 20.12.2017

Federika Mogerini: "Azərbaycanla yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə etmişik"

"Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə etmişik".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini deyib.

Onun fikirləri bu gün Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası tərəfindən nəşr olunan Azərbaycanla bağlı birgə hesabatda əksini tapıb.

"Biz birlikdə gənclər üçün daha çox imkanlar axtaracağıq ki, onlar görüşüb səyahət edə və bizneslərini inkişaf etdirə bilsinlər, həmçinin insan hüquqlarının müdafiəsi üçün yeni şərait yaransın və vətəndaşlarımıza real faydalar qazandırmaqla enerji əlaqələrinə töhfə verəcəyik", - F.Mogerini bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->