Maqazin 10:00 06.08.2019

“Fəlakət” həyat yoldaşından ayrıldı (FOTO)

Ötən il fevralın 23-də ailə həyatı quran aktyor Elşən Orucov həyat yoldaşından ayrılıb.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, "Fəlakət” obrazı ilə məşhurlaşan sənətçi xanımı İlahə ilə bir müddətdir ayrı yaşayır.

2018-ci ilin dekabrında valideyn olan Elşən və İlahənin rəsmi boşanması barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, onlar ATV-də bir yerdə çalışan zaman tanış olublar. Hazırda İlahə ATV-dən uzaqlaşaraq, fəaliyyətini İTV-də davam etdirir.