Xəbər lenti

İdman 13:31 06.09.2020

“Fənərbağça” 3.5 milyona aldığı futbolçunu 18 milyona satdı

"Fənərbağça”nın futbolçusu Vedat Muriç karyerasını İtaliya klubuna keçir.

Qaynarinfo "Sky İtalia”ya istinadən xəbər verir ki, 26 yaşlı hücumçu "Latsio” ilə razılaşıb. A Seriya təmsilçisi Muriç ilə 5 illik müqavilə imzalamağa hazırlaşır. "Latsio” bu transferə görə İstanbul klubuna 18 milyon avro ödəyəcək.

Qeyd edək ki, Muriç "Fənərbağça”ya ötən il "Çaykur Rizəspor”dan 3.5 milyon avroya keçib. O, geridə qalan mövsüm 36 matça çıxaraq, 17 qol vurub və 6 qolun ötürməsini verib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->