Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun "Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova Salyan rayonunda dəfn edilib.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, dəfn mərasimində F.Məmmədovanın yaxınları, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
O, Salyan şəhər qəbiristanlığında torpağa tapşırılıb.
11.13
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun "Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova ilə vida mərasimi bu gün Bakıda Təzə Pir məscidində keçiriləcək.
Bu barədə Qaynarinfo-ya Tarix İnstitutunun Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, tarixçi alim öz vəsiyyətinə uyğun olaraq Salyan rayonunda dəfn olunacaq.
Qeyd edək ki, F.Məmmədova bu gün 85 yaşında dünyasını dəyişib.
Şərhlər