Dünya 10:28 16.01.2021

Feysbuk və İnstaqramdan Trampın hesablarıyla bağlı qəfil qərar (FOTO)

Amerikanın Feysbuk və İnstaqram sosial şəbəkələri ABŞ Prezidenti Donald Trampın bir neçə gün qabaq bloklanmış hesablarını qəfildən bərpa edib. Qaynarinfo xəbər verir ki, hazırkı Amerika liderinin yazıları səhifəyə keçərkən yenidən göstərilir.

Xatırladaq ki, bundan əvvəl Feysbukun qurucusu Mark Zukerberq Donald Trampın bu sosial şəbəkələrdəki hesablarının dövlət başçısı olduğu müddətin sonuna qədər dondurulacağını bildirmişdi.

Onunla eyni zamanda Tvitter sosial şəbəkəsi də Amerika prezidentinin səhifəsini silmişdi. Trampın Vaşinqtonda etiraz nümayişlərində insanları sakit olmağa və tərəfdarlarını dağılışmağa səsləyən video mesajından sonra Feysbuk, İnstaqram, Snapçat və Tvitç hesabları bloklanmışdı.
 
Alpər