FHN Bakıdakı subasma ilə bağlı məlumat yaydı (VİDEO)

FHN Bakıdakı subasma ilə bağlı məlumat yaydı (VİDEO)

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından başlayaraq intensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində paytaxtın Yasamal və Sabunçu rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

XƏBƏRLƏR
BLOGLAR
X