FIFA 2019-cu ilin ən yaxşılarını açıqladı (FOTO/VİDEO)

FIFA 2019-cu ilin ən yaxşılarını açıqladı (FOTO/VİDEO)

FIFA "The Best" mükafatının qaliblərini elan edib.

Qaynarinfo xəbər verir ki, İtaliyanın Milan şəhərində keçirilən mərasimdə kişi və qadın futbolunda fərqlənənlər mükafatlandırılıb.

Ən yaxşı kişi futbolçu: Lionel Messi (Barselona).
Ən yaxşı kişi məşqçi: Yurgen Klopp (Liverpul).
Ən yaxşı kişi qapıçı: Alisson (Liverpul).
Ən yaxşı qadın futbolçu: Meqan Rapinoe (Reyqn). 
Ən yaxşı qadın məşqçi: Cill Ellis (ABŞ).
Ən yaxşı qadın qapıçı: Sari van Veenendaal (Hollandiya)
Ən yaxşı azarkeş: Silviya Qrekkoya (görmə qabiliyyətini itirən oğluna oyunların gedişatını bəhs etdiyi üçün).
Feyr-pley mükafatı: Marselo Byelsa (Lids).

Rəmzi komanda (kişilər):
Qapıçı: Alisson (Liverpul).
Müdafiəçilər: Mattis de Liqt (Ayaks/Yuventus), Marselo (Real), Serxio Ramos (Real), Virgil van Diyk (Liverpul).
Yarımmüdafiəçilər: Frenki de Yonq (Ayaks/Barselona), Eden Hazard (Çelsi/Real), Luka Modriç (Real).
Hücumçular: Kriştiano Ronaldo (Yuventus), Kilian Mbappe (PSJ), Lionel Messi (Barselona).

Rəmzi komanda (qadınlar):
Qapıçı: Sari van Veenendaal (Atletiko).
Müdafiəçilər: Lusi Bronz (Lion), Nilla Fişçer (Linkopinqs), Kelli Ohara (Utah Royals), Vendi Renard (Lion).
Yarımmüdafiəçilər: Juli Erts (Çikaqo Red Stars), Amandine Anri (Lion), Roz Lavell (Vaşinqton Spirit).
Hücumçular: Marta (Orlando Pride), Aleks Morqan (Orlando Pride), Meqan Rapinoe (Reyqn).

Frenk Puşkaş mükafatı (İlin ən yaxşı qolu): Daniel Jori (Debretsen).

XƏBƏRLƏR
BLOGLAR