İdman 15:19 14.10.2021

FİFA ofsaydı aşkarlamaq üçün yeni sistemi testdən keçirir

UEFA ofsaydı aşkarlamaq üçün yeni sistem həyata keçirməyi planlaşdırır.

Qaynarinfo "Milliyet"e istinadən xəbər verir ki, yan hakimlər və VAR sistemi yetərli olmadığı üçün avtomatik proqramdan istifadə ediləcək. Bununla da ofsaydın doğru şəkildə aşkarlanması mümkün olacaq. FİFA -nın İnkişaf Direktoru Arsen Venger tərəfindən "futbol hakimliyində yeni böyük inkişaf" adlandırılan və gələn il istifadə olunacaq "qabaqcıl ofsayd texnologiyası" oyundankənar vəziyyətləri avtomatik şəkildə aşkarlayaraq qərar verəcək. 

FİFA-nın təşkil etdiyi xüsusi matçlarda meydanda sınaqdan keçirilən yeni sistemin 2022-ci il Qətərdə baş tutacaq dünya çempionatında tətbiq olunması planlaşdırılır. 

FIFA tərəfindən tətbiq ediləcək yeni sistemin texnoloji infrastrukturu da yaradılıb. Ofsayd qərarı zamanı topun oyunçunun ayağından çıxdığı anların təyin olunması üçün kamera sistemlərindən istifadə ediləcək. Verilənlər sensor texnologiyası vasitəsilə izləniləcək.

FIFA yeni sistemin tətbiqini VAR texnologiyasını hazırlayan və virtual ofsayd xəttinin sertifikatına sahib olan şirkətlərdən birinə tapşırıb. 

Səbuhi Həsənov