Xəbər lenti

FİFA prezidenti: “Dünya çempionatı keçiriləcək”
İdman 22:33 22.10.2020

FİFA prezidenti: “Dünya çempionatı keçiriləcək”

"Bizim ehtiyat planımız yoxdur”.
 
Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.
 
O, əksər turnirlərin ləğvinə və ya təxirə salınmasına səbəb olan koronavirus pandemiyasının 2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının final mərhələsinə təsirinə münasibət bildirib. Qurum başçısı mundialın istənilən halda keçiriləcəyini iddia edib: "Qətərdəki turnir keçiriləcək. Bizim koronavirusla bağlı vəziyyəti nəzarətə götürmək üçün vaxtımız var”.
 
Qeyd edək ki, dünya çempionatının final mərhələsi 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->