Sənət 14:05 24.08.2020

Fikrət Qoca "İstiqlal" ordeni ilə təltif edildi

Fikrət Qoca "İstiqlal” ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev  "İstiqlal” ordeni ilə təltif olunub. 

Qeyd edək ki, sabah Xalq şairi Fikrət Qocanın 85 yaşı tamam olur.