Finlandiya və Cənubi Kipr Respublikasında keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Finlandiyada Milli Koalisiya Partiyasından namizəd olan Sauli Niinistö 2-ci dəfə prezident seçilib. O, səslərin 63%-ni toplaya bilib.
Cənubi Kiprdə isə prezident 4 fevralda keçiriləcək 2-ci turda seçiləcək. Namizədlərdən heç biri 50% minimum səsə sahib çıxa bilmədiyi üçün ən çox səs qazanan Demokratik Səfərbərlik Partiyasından Nikos Anastasiadis və Kommunist Partiyasından Stavros Malas prezidentlik uğrundan mübarizə aparacaq.
Gülşən
Şərhlər