Dünya 19:00 14.04.2021

Finlandiya öz ərazisində Putinlə Baydeni görüşdürməyi təklif etdi

Finlandiya prezidenti Sauli Niinistyö öz ərazisində Rusiya və ABŞ liderlərinin görüşünü təşkil etməyə hazırdır.

Qaynarinfo xəbər verri ki, bu haqda TASS-ın Finlandiya liderinin ofisinə istinadla yaydığı məlumatda deyilir.

"Finlandiya həmişə öz xeyirxah diplomatik xidmətlərini təklif edib. Bu potensial görüşlə əlaqədar olaraq hər iki tərəfə bu görüşü təşkil etmək istəyi təqdim edildi”, - dedi.

O, belə bir təklifin ilk dəfə verilmədiyini də qeyd edib. Bir müddət əvvəl Finlandiya Putin ilə Bayden arasında Helsinki və ya başqa bir şəhərdə bir görüş keçirilməsini təklif eləyib.

Bir gün əvvəl Co Bayden telefon danışığında Vladimir Putinə yaxın aylarda şəxsi görüş keçirməyi təklif edib. Bu söhbət nəticəsində dövlətlərin liderləri Rusiya-Amerika münasibətlərinin mövcud vəziyyətini və beynəlxalq gündəmin bəzi aktual məqamlarını müzakirə ediblər.

Alpər