Stilist Anar Ağakişiyev bu dəfə xalq artisti Flora Kərimovanın görünüşündə dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, o, hər zaman qara saçda gördüyümüz müğənninin saçlarını saraldıb.
Anar F.Kərimovanın görüntüsünü İnstaqram səhifəsində paylaşıb və bunları qeyd edib:
"Qısa bir aradan sonra yenə sizləri sevindirmək qərarına gəldim. Sevgililər gününə olan əsrarəngiz hədiyyəm. Hər birinizə əvəzolunmaz, bənzərsiz, möhtəşəm, Azərbaycan musiqisinin canlı əfsanəsi olan, korifey sənətkar və hər birimizin ürəyində taxt-tac quran gözəl Flora Kərimova qədər sevilməyi arzu edirəm”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər