Xəbər lenti

Flora Kərimovadan etiraf:
Video 12:40 14.03.2019

Flora Kərimovadan etiraf: "O, mənimlə evlənmək istəyirdi" (VİDEO)

Xalq artistləri Flora Kərimova ilə Faiq Ağayev arasında illərdir davam edən gərginlik pik həddə çatıb.

Qaynarinfo xəbər verir ki, ARB TV-də yayımlanan "Hüseynova bacıları” proqramında qonaq qismində iştirak edən F.Kərimova həmkarı barədə açıqlamalar verib.

Xalq artisti verilişdə dövrün 10 ən istedadlı müğənnilərinin adlarını müəyyənləşdirib. Kərimova aparıcıların həmkarı Faiq Ağayevi siyahıya salmasına etiraz bildirib. O, "Ayıb deyilmi Faiq Ağayevi müğənnilərin arasına salırsınız?”, - kəlmələrini dilə gətirib. Kərimova daha sonra Ağayevi müğənni kimi qəbul etmədiyini vurğulayıb.

"Faiq Ağayevlə münasibətim ola bilməz. Mən sənətkaram. Sənətkarı da nəfəsindən tanıyıram. Faiq Ağayev mənə görə Faiq Ağayev oldu. Əlimi çəkdim, onda heç nə qalmadı. Təkcə "Xalq artisti” fəxri adından başqa... O, müğənni deyil. Gedib məni məhkəməyə versin. İki dəfə məhkəməyə verib, uduzub. Üçüncü dəfə verib biabır olsun”.


Sözügedən verilişdə Xalq artisti Flora Kərimova mərhum aktyor Həsənağa Turabovla sosial mediada gəzib dolaşan "sevgili” xəbərlərinə də münasibət bildirib. Hətta F.Kərimova illər öncə H.Turabovun onunla evlənmək istədiyini söyləyib.

"Burada utanılası söz yoxdur ki, fakt təqdim edilsin. Bu sualı mənə verirdilər, qaçırdım. Bəli, Həsənağa Turabov məni çox istəyirdi. Mənimlə evlənməyi düşünürdü. 1957-ci ildə festivala gedəndə, məndən xəbərsiz qatarla arxamca gəlmişdi. 

Hətta Aydın Qaradağlının dövründə diktor işləyəndə mənim adımdan Həsənağa Turabov qol çəkirmiş. Sonra Aydın müəllim çağırdı ki, olmaz. Biz ayrıldıq, evdən məni vermədilər. Bu yaxınlarda qızı ilə görüşdük. Orada bu barədə danışanda cavablandırmadım. Mənim oğlum, qızım, onun xanımı. Onun mənə qarşı hissləri var idi ”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->