İdman 17:14 16.09.2021

"Formula 1" komandası dördqat çempionla yeni müqavilə imzaladı

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandası Sebastyan Fettel və Lens Stroll ilə yeni müqavilə bağlayıb.

Qaynarinfo yarışın rəsmi saytına istinadən xəbər verir ki, hər iki sürücü ilə müqavilənin müddəti 2022-ci ilə qədər nəzərdə tutulub. 34 yaşlı Fettel 2007-ci ildən "Formula 1"də çıxış edir. Alman pilot "Red Bull"un heyətində 4 çempionluq yaşayıb və bu ildən "Aston Martin"dədir.

"Formula 1"də 2017-ci ildə debüt edən Stroll isə 2019-cu ildən "Aston Martin"in şərəfini qoruyur.
 
Səbuhi Həsənov