Xəbər lenti

Fransa PKK üçün göz yaşı tökdü, Türkiyənin NATO-dan çıxarılmasını istədi
Dünya 11:50 19.10.2019

Fransa PKK üçün göz yaşı tökdü, Türkiyənin NATO-dan çıxarılmasını istədi

Fransada Milli Məclisin aşağı palatasının altmış deputatından ibarət bir qrup Avropa Birliyi və Fransanı Ankaraya sanksiya tətbiq etməyə çağırıb. Siyasətçilər hesab edir ki, ölkənin Suriyada apardığı hərbi əməliyyatla bağlı Türkiyəyə təsir etmək lazımdır. Deputatların fikrincə, sanksiyalar ölkənin NATO-ya üzvlüyünün dayandırılmasına qədər gedə bilər.

Qaynarinfo xəbər verir ki, bu haqda "Le Figaro” qəzeti məlumat verib. Millət vəkillərinin qəzetə göndərdiyi açıqlamda deyilir: 

- Biz Türkiyənin Suriyanın Kürdüstan bölgəsinə hərbi hücumundan, habelə Qərb demokratiyasının bu müdaxilə qarşısında fəaliyyətsizliyindən, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması və uzun zamandan bəri xeyli əziyyət çəkmiş bu regionda vəziyyətin yenidən qarışmasından çox məyus olmuşuq. Dərhal Fransa və Avropa Birliyini təxirəsalınmaz tədbirlər görməyə və bütün lazımi ölçülər götürməyə çağırırıq”.
 
Bundan əlavə, Fransa parlamentariləri Rusiya kimi Türkiyəyə qarşı da ciddi iqtisadi sanksiyaların tətbiq olunmasını tələb edib. Onlar hesab edir ki, indi bu ölkənin AB-yə daxil olması "mümkünsüz görünür".
 
Xatırladaq ki, sentyabrın 9-da Türkiyə Suriyanın şimal-şərqində PKK-ya qarşı əməliyyat başladıb. Fransa lideri Emmanuel Makron əməliyyatı qınayaraq bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin hərəkətləri İŞİD-in əlinə oynaya bilər. Baş verənlərdən sonra Almaniya və bir sıra Qərb dövlətləri Türkiyəyə silah satılmasını dayandırıb. 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->