Xəbər lenti

Fransada
Video 09:55 09.12.2019

Fransada "başıaşağı Makron" aksiyası: idarələrdən 130 portret oğurlandı (VİDEO)

Fransanın paytaxtı Parisdə, Eyfel qülləsinin yaxınlığında yaşıllar prezident Emmanuel Makronun portretləri ilə aksiya keçiriblər.
 
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, nümayişçilər bələdiyyə binalarından oğurladıqları 130-a yaxın rəsmi başıaşağı tutaraq etirazlarını bildiriblər. Onlar qlobal iqlim dəyişikliklərinə qarşı lazımi tədbirlər görmədiyi üçün iqtidarı boykot ediblər. Aksiya iştirakçıları Makronu qlobal istiləşməyə qarşı verdiyi vədlərini yerinə yetirməməkdə ittiham edib.
 
Onlar əllərindəki portretləri tərs tutmaqla, Makronun "ikiüzlü" davrandığı mesajını vermək istəyiblər. Qeyd edək ki, Fransada ənənəvi olaraq iqtidardakı prezidentin portretləri rəsmi binalara və məktəblərə asılır.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->