Dünya 18:03 23.10.2020

Fransada bələdiyyə başçısı hədələndi: “Başını kəsəcəyik”

Lionun ətrafında yerləşən Fransız Bron kommunasının bələdiyyə başçısı ölüm təhdidi almağa başlayıb.


Qaynarinfo Fiqaroya istinadla xəbər verir ki, şəhərdə naməlum şəxslərin Ceremi Breonun başının kəsiləcəyini vəd edən yazılar tapılmaqdadır. Məlumatlara görə, bildirişlər cümə axşamı gecə hardasa iyirmi nəfərlik bir qrup tərəfindən hazırlanıb. Bələdiyyə sədrinə mesaj belədir: "Ceremi Breo, sənin başını kəsəcəyik". Bundan başqa, "polislərin də işi bitdi" deyə xəbərdarlıq edilib.


Daxili İşlər Naziri Jerald Darmanen bələdiyyə sədrinin lazım olan hər cür qorunma ilə təmin ediləcəyini bildirib.

 

"Valeurs actuelles” qeyd edib ki, baş kəsmə təhdidləri Conflans-Saint-Honorine-də bir müəllimin vəhşicəsinə öldürülməsindən bir neçə gün sonra ortaya çıxsa da, bu dəfə İslamçılar bununla əlaqəli olmaya bilərlər.

 

Nəşr 2019-cu ilin oktyabrında da şəhərdəki binaların divarlarında hökumət nümayəndələrinə qarşı təhdidlərin meydana çıxdığını qeyd edib. Naməlum şəxslər yerli polisin geniş miqyaslı narkotik əleyhinə reydindən sonra mesajlar buraxıb.

 

Alpər