Siyasət 11:20 05.08.2014

Fransadan Leyla Yunusla bağlı bəyanat


Fransanın Xarici İşlər və Beynəlxalq Inkişaf Nazirliyi azərbaycancanl hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı açıqlama yayıb.

Nazirliyin sözçüsü bildirir ki, Fransa Leyla Yunusun həbs olunmasına görə narahatdır: "O, dövlətə xəyanət, vergi ödənişindən yayınma və fırıldaqçılıqda ittiham olunur.

Cari ilin may ayında Azərbaycana səfəri zamanı Fransa Respublikası prezidentinin görüşdüyü  xanım Yunus  insan hüquqları üzrə  öhdəliyinə görə hörmət edilən bir şəxsiyyətdir. Bu baxımdan, o , 2013-cü ildə "Fəxri Legion" ordeni ilə təltif edilib.

Fransa  Azərbaycan hökümətini, səhhəti zəif olan Xanım  Leyla Yunusu azad etməyə çağırır. O həmçinin, müdafiə hüquqlarına, o cümlədən vəkilin maneəsiz girişinə də hörmət etməyə çağırır". // musavat.com

Qaynar.info