FSB qətllərdə şübhəli bilinən Xabarovsk qubernatorunu belə həbs etdi (VİDEO)
Xabarovsk vilayətinin qubernatoru və Dövlət Dumasının üç çağırış deputatı Sergey Furqal FSB tərəfindən bir sıra ağır cinayətlərdə iştirak şübhəsi ilə həbs edilib.
Qaynarinfo xəbər verir ki, o, xüsusilə 2004-2005-ci illərdə bir sıra qətllərin təşkilində və sahibkarların qətlinə cəhddə şübhəli bilinir.
Qubernator Lefortovo həbsxanasına göndərilib.
Bu iş üzrə daha dörd nəfərin tutulduğu bildirilir.
Qeyd edək ki, Furqal karyerasına iş adamı kimi başlayıb - Çin mallarının alınması, meşəmateriallarının hazırlanması və qara metalların yığmaqla məşğul olub. 2007-2018-ci illərdə üç dəfə Dövlət Dumasına Liberal Demokrat Partiyasından deputat seçilib. 2010-cu ildə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasını bitirib, "Dövlət və regional idarəetmə” ixtisası üzrə iqtisadiyyat elmi dərəcəsini müdafiə edib. Xabarovsk vilayətinin qubernatorluğuna iki dəfə - 2013 və 2018-ci illərdə namizəd olub.
Furqal böyük bir ailədəndir, ailəlidir və üç övladı var. Üç qardaşı - Vyaçeslav, Yuri və Aleksey Furqalı da Xabarovsk diyarı və Amur bölgəsində böyük məmurlar olaraq çalışırlar. Arvadı - Larisa Pavlovna Starodubova, əri kimi sahibkar və bir neçə səhmdar cəmiyyətinin qurucusudur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər