Dünya 11:45 30.11.2020

FSB Şamil Basayevin dəstəsinin iki üzvünü həbs etdi

Çeçenistan Respublikasında Şamil Basayev və Xəttabın dəstəsinin 1999-cu ildə 15 rus əsgərini öldürdüyü iddia edilən iki üzvü həbs edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya FSB nümayəndələri məlumat veriblər. Saxlanılanların adları İdalov Aslanbek və İdalov Salambekdir. 

İddiaya görə, onlar 4 oktyabr 1999-cu ildə Şamil Basayev və Xəttab ordusunun tərkibində Rusiya Müdafiə Nazirliyinin hərbi qulluqçularına qarşı Çervlennaya stansiyasında baş vermiş qanlı döyüşdə iştirak ediblər. Bu toqquşmada 15 rus əsgəri həyatını itirib, 28-i yaralanıb. 

Rusiya həmin döyüşdə iştirak edən başqa şəxslərin axtarışını da davam etdirir. Nəzarətə alınan şəxslər "quldurluq”, "silahlı qiyam” və "hüquq-mühafizə orqanının əməkdaşının həyatına qəsd” maddələri ilə ittiham olunurlar.
 
Alpər