Xəbər lenti

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək
Ölkə 19:23 20.05.2019

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

"Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək". 

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında onun vəkili Elman Paşayev deyib.

"Jurnalist Fuad Abbasov Moskvada Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən zorakılığa məruz qalıb. Mən indi onunla görüşdüm. Zorakılığın izləri açıq aydın görünür. Fuad bəzi prosedurları keçdikdən sonra mayın 28-i axşam saatlarında Azərbaycana deportasiya ediləcək". 

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->