Xəbər lenti

Fuad Poladovu bizdən alan xəstəliyin xüsusiyyətləri
Sağlamlıq 10:39 13.05.2018

Fuad Poladovu bizdən alan xəstəliyin xüsusiyyətləri

Azərbaycanın xalq artisti Fuad Poladov ağciyər xərçəngindən vəfat edib. Bəs ağciyər xərçəngi nədir, simptomları hansılardır?

Qaynarinfo medicina.az-a istinadən görkəmli aktyorun vəfatına səbəb olan xəstəliklə bağlı bəzi vacib məlumatları təqdim edir:

Ağciyər xərçəngi ən gizli gedən, çox vaxt bədxassəli olub, sürətlə residiv və metastaz verən xəstəlikdir. Kliniki formaları o qədər çoxdur ki, bir çox ağciyər xəstəliklərinin simptomları altında gizlənə bilir. Hazırda dünyada onkoloji xəstəliklər sırasında liderdir.

Risk faktorunda olanlar:

-İrsi, nəsildən keçmə - ən azı 3-5 qohumda bu növün olması

-Ekzogen - aşırı tütün çəkmə, konsaragen çirkli hava ilə nəfəs almaq

-Endogen - 50 yaşından sonra pnevmaniya, bronxit, endokrinopatiya və s. xroniki xəstəliklərdən əziyyət çəkmə.

Formaları:

-Mərkəzi - iri bronxları tutur

-Periferik - daha nazik bronxları tutur, düyünvari, pnevmaniyaya bənzər

-Mediastinal - limfadüyünlərin metastazı, digər orqanlardan keçid.

Əsas simptomları:

-Şişin yerləşməsindən asılı olaraq dəyişir: bronxların qapanması, üzərinin örtülməsi, güclü öskürək, qan gəlməsi, tez tez hıçqırma, sinədə ağrı

ILAN

www.yapikredi.com.az

Daha ətraflı
Native Video by Adributor

-İntoksikasiya əlamətləri: yorğunluq, əzginlik, anoreksiya, sürətlə arıqlama və s.

-Xəstələr öskürərkən tüpürcəkdə və bəlğəmdə al qan izləri görənə kimi həkimə getmirlər. Bu siqnal isə artıq şişin 3-cü mərhələyə keçdiyini göstərir

-60% xəstələrdə sinədə, kürəkdə ağrılar olur

-Öskürək reflektordur, bronxlardan səs gəlir. Əvvəlcə quru öskürək, sonra nəm, irinli bəlğəmlə müşayiət olunur

-Hıçqırma və gəyirmələrin intensivliyi artır

-Ən tipik simptom obturasion pnevmaniyanın sürətlə residivləşməsidir. 50 yaşından sonra xüsusən çox siqaret çəkən kişilər pnevmaniya simptomlarını nəzərdən qaçırmasınlar

Diaqnostikası:

Xərçəngin bu forması o qədər gizli və simptomsuz inkişaf edir ki, həm pasiyenti, həm həkimləri çaşdırır.

Ən ağır forması xırda hüceyrəli formadır. Bu hidtoloji forma dərhal metastaz verir və müalicəyə az tabe olur. Bu növ çox nadir halda rast gəlinir və ağciyər paylarını bərabər olaraq tam örtür.

Müalicəsi:

Şişin lokalizasiyası və dərəcəsindən asılı olaraq seçilir.

Kombinə olunmuş müalicə effektivdir: cərrahi müdaxilə, kimyaterapiya və şüa terapiyası.

Xırdahüceyrəli şişi demək olar ki, əməliyyat etmirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->